5 yaşlı uşaq ailəsinə dəhşət yaşatdı - yuxudan ayıldı və...

Mingəçevir şəhəri, Şah İsmayıl Xətai küçəsi, mənzil 23, ev 46 üvanında yaşayan, 2010-cu il təvəllüdlü Murad Elzibar oğlu Alıyev yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanından yerə yıxılıb.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, anası Muradı yatmış vəziyyətdə tək qoyub və evi tərk edib. Bu zaman uşaq yuxudan oyanıb və eyvana çıxıb.

Bu zaman o, özünü saxlaya bilməyib və yerə düşüb. Murad Alıyev qapalı kəllə-beyin travması ilə təcili yardım maşını vasitəsi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Pediatriya Şöbəsinin reanimasiya bölməsinə yerləşdirilib.

Hazırda uşağın vəziyyətinin stabil olduğu bildirilir.

2 910 ПросмотровДобавлено: 10 декабря, 2015

Разное

uşaq, ailə, dəhşət, xəstəxana

Поделиться

Похожие видео