Səmra Rəhimli "Səs Azərbaycan" səhnəsini "alovlandırdı"!

Ölkənin əsas musiqi layihəsi olan "Səs Azərbaycan" tamaşaçı ordusunu genişləndirməyə davam edir. Hər cümə günü efirə gedən veriliş reytinq sıralamasında birinci olmaqla yanaşı, sosial şəbəkələrdə də ən çox müzakirə olunan layihədir.

Görmədən dinləmələr mərhələsinin 4-cü efir günündə isə tamaşaçıların diqqəti əsas bir nəfərə yönəlmişdi - Türkiyədə yayımlanan "O Səs Türkiyə" yarışmasının keçmiş iştirakçısı Səmra Rəhimli. Səhnədə Mayli Sayrusun "Wrecking Ball" mahnısını ifa edən Səmra mükəmməl səsi ilə hər 4 münsifi heyran edərək özünə tərəf döndərməyi bacardı. Yekunda Səmra Manananın komandasını seçdi və bu komandanın ən güclülərindən biri oldu.

8 856 ПросмотровДобавлено: 09 декабря, 2015

Музыка

Səs Azərbaycan, səhnə, ifa

Поделиться

Похожие видео