Həlak olan neftçilər dəfn olundular

RTV (Region TV) xəbər verir ki, "Günəşli" yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçilər Mayılov Samir Cahangir oğlu və Mahmudov Ağa İzzət oğlu dekabrın 8-də dəfn olunublar.

31 yaşlı Samir Mayılov Qubanın Alpan, 47 yaşlı Ağa Mahmudov Xaçmazın Köhnə Xudat kənd qəbristanlığında torpağa tapşırılıblar.

Dəfn mərasimlərində SOCAR-ın, rayon icra strukturlarının nümayəndələri, neftçilərin yaşadığı, eləcə də ətraf kəndlərin sakinləri iştirak ediblər.

Mərhum Ağa Mahmudovun 14 və 17 yaşlarında iki oğul övladı var. O, 15 ildən çox idi ki, neftçi kimi çalışırdı. Neftçi Samir Mayılov isə 2004-cü ildən bu peşə üzrə fəaliyyət göstərib. O da 8 və 9 yaşlarında olan iki övlad atası idi.

3 158 ПросмотровДобавлено: 09 декабря, 2015

Разное

dəfn olundu, Həlak

Поделиться

Похожие видео