Sevinc buxtası

2123 Просмотров

Добавлено: 19.07.2017
Категории: Фильмы

Sevinc buxtası (film, 1977) 1920-ci il. Azərbaycanda sovet hakimiyyəti yenicə qurulmuşdur. Neft maqnatları üçün yalnız bir yol qalıb: iqtisadi blokada. Ümid yeri də birdir: müharibə nəticəsində əldən düşmüş sovetlər ölkəsi müstəqil şəkildə öz iqtisadiyyatını dirçəldə bilməyəcək. Belə bir şəraitdə Azərbaycan hökuməti qərar qəbul edir: mühəndis Potyomkinin (Panteleymon Krımov) cəsarətli layihəsini həyata keçirmək, dənizin dibindən neft çıxarmaq üçün mədən salmaq. Minlərlə adam, fəhlə-neftçilər, dağ kəndlərindən gələn əhali də bu möhtəşəm tikintiyə toplaşır... Kinopovest XX əsrin əvvəlində Azərbaycanda baş verən dramatik hadisələri ekranda canlandırır. Burada 20-ci illərdə dünyada birinci dəniz neft mədəninin salınmasından və Bakı fəhlələrinin göstərdikləri misilsiz qəhrəmanlıqlardan, eyni zamanda Sovet Rusiyasının taleyinin Bakı neftinin hasilatından asılı olduğu tarixi şəraitdən bəhs olunur.

 
Ещё