O qızı tapın

1788 Просмотров

O qızı tapın (film, 1970) Film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunmuşdur. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərin təhqiq işindən danışır. Özünə "satış bazarı" axtaran əmtəəşünas Kazımlı(Səyavuş Şəfiyev) ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də "dostları" qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar. Film insanları düzlüyə, doğruluğa çaqırır.

 
Ещё