Təxribat

Продолжительность: 01:35:34

Təxribat (film, 1989) Filmin qəhrəmanı Zaur (Elxan Cəfərov) Əfqanıstanda öz "beynəlmiləlçilik borcu"nu yerinə yetirib doğma Bakıya qayıdır. O, neftayırma müəssisələrindən birində çalışan atasının (Həsən Məmmədov) həbs olunduğunu eşidəndə həqiqəti aydınlaşdırmağa çalışır... Hadisələrin sonrakı inkişafı prosesində qəhrəman həqiqəti üzə çıxarmaq naminə apardığı axtarışlar zamanı bir sıra çətinliklərlə qarşılaşmalı olur. Film laqeydlik haqqındadır. Bu, müasir dövrün bəlasıdır. Adamlar bir-birindən uzaqlaşırlar. Münasibətlərdə nəsə anlaşılmazlıqlar yaranıb. Nədir bunların səbəbi? Elə bil əvvəlki yaxınlıq, münasibət ərşə çəkilib. Ümumiyyətlə filmdə süjetlər çoxdur. Müəlliflər bu gün cəmiyyətimizi narahat edən, mənəviyyatımıza toxunan məsələləri ekrana çıxarmağa çalışmışlar.

Dolu
2012 Азербайджан
Qala
2008 Азербайджан
Tilsim
2005 Азербайджан
Girov
2005 Азербайджан
Yuxu
2001 Азербайджан
Ailə
1998 Азербайджан
Yük
1995 Азербайджан
Ümid
1995 Азербайджан
Haray
1993 Азербайджан