Ovsunçu

46 Просмотров

Продолжительность: 01:36:30

Ovsunçu (film, 2002) "Ovsunçu" - Natiq Rəsulzadə, Oqtay Mirqasımov və Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Oqtay Mirqasımovun filmi. Film XX əsrin əvvəllərində, konkret olaraq 20-ci illərdə Azərbaycanda sovet hakimiyyəti qurulması zamanı baş verən hadisələrdən, bu hadisələrin xalqımızın mənəviyyatına göstərdiyi təsirdən, totalitarizm təfəkkürünün yerli camaatın beyninə zorakılıqla yeridilməsindən danışır. Filmin məna və məzmun qayəsi belədir: zorla, zülmlə mövcud quruluşu dəyişmək olar, amma millətin zəkasında, hafizəsində dərin kök salmış mənəviyyatı zor gücünə başqası ilə əvəz etmək o millətin faciəsidir və zora, zülmə arxalananların özlərinin də son aqibətinin məhvi labüddür. Bəxtiyar Xanızadə ucqar kənd təbibi olan Rəsulu, Ayan Mirqasımova onun sevgilisi lal Mədinəni, Fuad Poladov isə oynaq ağrılarından bərk əziyyət çəkən dəstə komandirini canlandırır. Təbibliyin sirlərinə irsən yiyələnən Rəsul müxtəlif otlarla kənd camaatını müalicə edən sakit təbiətli loğmandır. Amma rus qoşunlarının kəndə daxil olması onun bu sakitliyini pozur. Yeni qoyulan qayda-qanunlar onu qane etmir və nəticədə loğman ailəsinin şərəfi naminə vuruşa qalxır. Rejissor özünün avropasayağı intellekti ilə milli xüsusiyyətlərini bir araya gətirə bilməyib. Filmdə yerli kalorit və mistika ilə barəbər Qərb mədəniyyəti və estetikasının təzahürlərini müşahidə etmək olar. Amma onların heç biri sonadək və dəqiqliklə işlənməyib. Bu yarımçıqlıq hətta personajların biri-biri ilə münasibətində və ünsiyyətində də özünü büruzə verir. Əslində, rejissor filmi təbib və komandir arasındakı konflikt üzərində qurur. Amma konfliktin kökünün – haradan və necə yarandığını verə bilmir, bu iki ziyalı insan arasındakı münaqişəni əsaslandırmır. Komandirin daxili əzabı, faciəsi isə yalnız fiziki və zahiri ağrılarla göstərilir. Onun mürəkkəb psixoloji problemlər ətrafında bütünlüklə manevr etmək imkanı olduğu halda, rejissor bundan istifadə etmir. Hətta fransız qadını(Səidə Vəlibəyova) ilə münasibətində də komandir anlaşılmaz və qeyri-səmimi təsir bağışlayır. K

Dolu
2012 Азербайджан
Qala
2008 Азербайджан
Tilsim
2005 Азербайджан
Girov
2005 Азербайджан
Yuxu
2001 Азербайджан
Ailə
1998 Азербайджан
Yük
1995 Азербайджан
Ümid
1995 Азербайджан
Haray
1993 Азербайджан