Onun bəlalı sevgisi

61 Baxış

Onun bəlalı sevgisi (film, 1980) Tələbə Bəhruz(Mikayıl Kərimov) diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. İstehsalatla yaxından tanış olandan sonra gənc sosioloq aydınlaşdırır ki, məhsulun aşağı keyfiyyətdə olmasının səbəbi rəhbərliyin düzgün aparılmamasındadır. Bir tərəfdən fabrik direktoru, gözəl və cavan Şövkətlə(Nataliya Tağıyeva) Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir.