Güclü külək çinarı aşırdı

1457 Baxış

Əlavə olunub: 29.03.2016
KATEQORİYALAR: Müxtəlif
Teqlər: Güclü külək , çinar

Gəncədə güclü külək ağacı aşırıb. Hadisə şəhərin Atatürk prospektində baş verib. Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, yol kənarında olan çinar ağacı güclü küləyin əsməsi nəticəsində aşıb. Ağac yol kənarındakı işıq dirəyini, eləcə də elektrik naqillərini qırıb. Həmçinin yol kənarındakı reklam löhvəsinə də ciddi ziyan dəyib. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Milli.Az

 
Daha çox