Bayramda rayona gedənlərə şad xəbər

1586 Baxış

Əlavə olunub: 12.03.2016
KATEQORİYALAR: Müxtəlif
Teqlər: bayram , şad xəbər

Bayramda rayona gedənlərə şad xəbər var. Novruz bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yollari" Qapalı Səhmdar Cəmiyyəti və Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bayram günlərində yarana biləcək sıxlığın aradan qaldırılması üçün lazımı addımlar atılacaq. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti istirahət günlərində nə yükdaşımalarda, nə də sərnişin daşımada heç bir problem olmayacağı bəyan edib. Bu məqsədlə qatarlara əlavə vaqonlar qoşulacaq. Avtovağzal da gücləndirilmiş iş rejimində çalışacaq. Bayram ərəfəsi və bayram günlərində şəhərlərarası və bütün istiqamətlərdə sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin avtovağzaldan son yoladüşmə vaxtı saat 22:00 olacaq. Milli.Az

 
Daha çox