Ən stressli peşə hansıdır?

2015-ci ilin ən stressli və sterssiz peşələri açıqlanıb. Ən çox stress keçirən yanğınsöndürənlər və hərbçilərdir. Ən rahat iş isə bərbərlikdir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, iş və karyera sahəsində beynəlxalq tədqiqat mərkəzi "Career Cast"in müxtəlif ölkələrdən minlərlə peşə sahibi ilə apardığı sorğu nəticəsində ilin ən ağır və yüngül işlərinin siyahısı dərc olunub. İlk 4 yeri insanların həyatı üçün məsuliyyət daşıyan peşə sahibləri tutur. Ən stresli peşə yanğınsöndürən seçilib. İkinci yerdə isə hərbçilər dayanır.

3-cü və 4-cü yerləri pilotlar və polislər tutur. Sonrakı yerləri aktyor və aktrisalar, jurnalistlər, tədbir təşkilatçıları tutur. Buna əsas səbəb onların daim göz önündə olmaları göstərilir. Ən stressli peşələr siyahısında növbəti yeri taksiçilik tutur.

Ən stressiz peşə isə saç ustası seçilib. Siyahını qulaq həkimi və universitet müəllimi davam etdirir. Daim bahalı daş-qaşlarla və qiymətli metallarla işləyən zərgərlər də ən az stress keçirən sənət sahibləri hesab olunub.

Tədqiqata əsasən, kitabxanaçı, dietoloq və dərzilər də stress keçirmirlər.

Длительность: 2:06 Просмотров: 4.1K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: stress peşə
Пожаловаться

Похожие видео