Fındıqdan paltar hazırladı

1396 Просмотров

Добавлено: 12.12.2015
Категории: Разное
Тэги: paltar , fındıq , qeyri-adi

İsmayıllıda bir qadın qeyri-adi əl işi ilə hamını təəcübləndirib. O, həyətindən yığdığı fındıqdan istifadə edərək qadın paltarı tikib. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, paltara 40 kq fındıq sərf olunub. Maraqlı əl işi İsmayıllının Xanagah kənd sakini Mirəssə Nabiyevaya məxsusdur. Fındıq paltar 5 aya ərsəyə gəlib. Dərziliklə məşğul olan Mirəssə Nabiyeva 4 metr parça və 40 kiloqram fındıqdan istifadə edib. Fındığı parçanın üzərinə xüsusi yapışqanla əlavə edib. Paltara əlavə aksesuar kimi isə 3 rəngli və ay-ulduzlu Azərbaycan bayrağını əks etdirən papaq da hazırlayıb. Görənləri təəcübləndirən paltarın müəllifi deyir ki, onu almaq istəyənlər var. Lakin ağır olduğundan istifadə etmək mümkün deyil. Sadəcə evdə qeyri-adi bəzək əşyası kimi qala bilər.