Maşın hasara çırpıldı, sürücü öldü

ANAL S (REGİON TV) xəbər verir ki, Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gecə saat 23 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Şahid Xəmməd oğlu Ramazanov "VAZ 21 074" markalı 62 BE 601 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarında tikilmiş, kənd sakini İdris Məmmədova məxsus tövlənin daş hasarına çırpılıb. 50 yaşlı Şahid Ramazanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Длительность: 0:35 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео