Nobel mükafatçısının Azərbaycan sevgisi

Kimya üzrə Nobel mükafatı alan türk Əziz Sancarın elmiş kəşfini hansı şəraitdə etdiyi yəqin ki, çoxları üçün maraqlıdır.

Milli.Az anspress-ə istinadən bildirir ki, 2015-ci ilin kimya üzrə Nobel mükafatının ərsəyə gəldiyi labaratoriyadayıq. Əziz Sancarın burda DNK-ya müdaxilə edərək xərçəng xəstəliyilə mübarizədə yeni metod aşkarlayıb. Hansıki yaxın 5 ildə yer kürəsində yaşayan insanlar onun tətbiqini görəcəklər.

"Burdan göründüyü kimi DNK-da bir zədə var. Bu zədə sonda xərçəngə yol açır. Məhz bu zədənin nəcə kəsilib atıldığını və DNK-nın normal fəaliyyətinə qayıtdığını isə biz kəşf etdik",- deyə Əziz Sancar bildirib.

Bu tapıntı üçün Əziz Sancar ömrünün düz 40 ilini xərcləyib: "Xərçəngin yaranmasının əsas səbəbkarı DNK-dır. Belə ki, DNK-a mütasiyaya uğrayır və sonucda nomal hüceyrələr qeyri-normal hüceyrələrə çevrilir".

Bir qədər də bu böyük insanın Azərbaycan sevdası barədə. Türkiyədə doğulan alim Əziz Sancar Sovet dönəmi olmasına baxmayaraq Zeynəb Xanlarovanın musiqisilə gəncliyini keçirib: "İki dövlət bir millətik. Eyni zamanda mənim ən çox sevdiyim musiqi Azərbaycan musiqisidir".

Məhz onun dünyada islama qarşı artan təziqlər fonunda müsəlmanlara deyəcəkləri də var: "Bizim elmlə ciddi bir şəkildə məşğul olmamız lazımdır. Bundan başqa yolumuz yoxdu. Uşaqlarımızı- riaziyyat, mühəndislik və tibb sahəsinə olan marağı artırmalıyıq. Mütləq bu sahələrə üstünlük verməliyik".

Müsəlman dünyasında baş verənləri isə Əziz Sancar bir cümlə ilə belə xarakterizə edir: Bir-birimizi öldürmək üçün istifadə etdiyimiz o silahları belə biz hazırlaya bilmirik. Ölüm cihazlarını qərbdən alıb qardaşlarımızın canına qıyırıq. Silahı buraxıb ələ kitab almağın vaxtıdır.

Длительность: 2:20 Просмотров: 3.1K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео