Bakıda müəmmalı yol nişanı

Ziya Bünyadov prospektində yol hərəkətinin təşkilində daha bir ziddiyyətli məqam aşkar edilib. Zolaqları dəyişməyə icazə verən nişan var. Amma yol üzərinədki zolaq bunu məhdudlaşdırır.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Ziya Bünyadov prospektindəki bu nişan maneənin sağından və solundan keçməyə icazə verir. Amma yerdəki xətlər sürücülərdə çaşqınlıq yaradır.

Tunelə daxil olmaq üçün 3 və 4-cü zolaqlardan sola keçmək üçün 1 km məsafədə bir neçə yerdə qırıq-qoşa xətt var. Amma eyni məsafədə 1 və 2-ci zolaqlardan sağa keçmək üçün qırıq-qoşa xətt cəmi bir yerdədir. Sağa keçmək istəyən mütləq qaydanı pozmuş olacaq. Yaxud da yolunu ən az 2-3 kilometr uzatmalı olacaq.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu, yol hərəkətinin təşkilində nöqsandır. Çaşqınlıq yaranmasın deyə həmin hissədə 4.2.3 nişanın yaxınlığında, yerdə təhlükəsizlik adacığı çəkilməlidir.

Bu zaman sual yaranır ki, eyni istiqamətli yollarda qoşa bütöv xəttin olması nə dərəcədə düzgündür ?

Bakı Şəhər Dövlət Yol polisinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, nəqliyyat axınından asılı olaraq sağdan-sola və ya əksinə zolağı dəyişmək üçün qırıq xətlərin sayı tənzimlənə bilər. Bölmə rəisinin sözlərinə görə, sürücülər yola çıxmazdan əvvəl gedəcəkləri yolların xüsusiyyətlərini əvvəldən müəyyənləşdirməlidirlər.

Belə çıxır ki, bütün sürücülər, o cümlədən bölgədən gələnlər və avtomobil idarə edən turistlər Ziya Bünyadov prospektini əzbər tanımalıdır ki, bu anlaşılmazlığın qurbanı olmasın.

Длительность: 2:23 Просмотров: 5.1K Добавлено: 8 лет назад
Пожаловаться

Похожие видео