328 kq ağırlıqda qadın: "Yemək məni məhv edir"

"Çox yeyirəm və bunun səhhətim üçün pis olduğunu anlasam da, dayana bilmirəm. Yemək məni məhv edir".
33 yaşlı amerikalı Nikki Vebsterin çəkisi 328,7 kiloqramdır. O, həddən ziyadə izafi çəkiyə malikdir və güclə yeriyir. Dediyinə görə, həyatı cəhənnəmə çevrilib.
Milli.Az bildirir ki, TLC telekanalındakı "My 600lb Life" sənədli şousunun yeni "qəhrəman"ı məhz odur.
Nikkinin sözlərinə görə, əsl "yemək narkomanı"na çevrilib.
33 yaşlı Nikki valideynləri ilə yaşayır.
"Evin ikinci mərtəbəsində oluram. Çəkimə görə aşağı düşə bilmirəm. Səhərin açılmasını səbirsizliklə gözləyirəm ki, yemək yeyim. Atam mənə yeməyi xüsusi, kiçik qaldırıcı mexanizmlə yuxarı yollayır. Ən pisi də odur ki, valideynlərim bu qədər çox yeməyimin qarşısını almaq üçün mənə yardım etmirlər", - Nikki söyləyib.

Длительность: 0:55 Просмотров: 7.7K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: qadın yemək
Пожаловаться

Похожие видео