Xalq artistinin tələbəsi yaradıcılıq işlərindən də danışıb: "Sözləri Əlibəy Məmmədli, musiqisi Cəmil Məmmədliyə, aranjemanı Rubail Əzimova məxsus olan "Sən getdin" adlı mahnını oxudum. Həmin bəstə bu gündən radio-dalğalarda səslənəcək. Repertuarımda ritmik mahnı azdır. Elə ona görə də ritmik versiyada olan bir mahnını oxumaq qərarına gəldim. Mən əsasən bəstəkar və retro estrada mahnıları ifa edirəm. Amma bu dəfə öz ifa üslubumdan kənara çıxdım. Düşünürəm ki, yaxşı alınıb.
Пожаловаться