Qadını döyən şəxs: "Pulumu aldı, məni aldatdı"

1046 Просмотров

Добавлено: 10.12.2015
Категории: Разное
Тэги: qadın , pul

"Mən vurmadım, başı maşının qapısına dəydi". "Dedim ki, maşının açarını ver mənə, get mənim pulumu gətir" Abşeronda qadını döyüb, məsuliyyətindən boyun qaçıran şəxs saxlanılıb. O, qanun qarşısında cavab verməli olacaq. 33 yaşlı Vurğun Hacıyev təxminən 6 ay əvvəl İradə Murquzovanı döydüyü üçün qadın ondan polisə şikayət edib. Vurğun Hacıyevin barəsində Cinayət Məcəlləsinin 127.1, qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb, istintaq yekunlaşdıqdan sonra məhkəməyə göndərilib. Vurğunun törətdiyi cinayət əməli yüngül olduğundan barəsində həbs qəti-imkan tədbiri seçilməyib. Təqsirləndirilən Vurğun Hacıyev məhkəmə başlayanda proseslərdə iştirakdan yayındığı üçün barəsində axtarış elan edilib. O, Abşeron Rayon Polis İdarəsi əməliyyatçıları tərəfindən saxlanılaraq yenidən məsuliyyətə cəlb olunub. Məhkəmə proseslərində iştirakdan yayındığını etiraf edən Vurğun Hacıyev İradə Murquzovanı döyməsinin səbəblərini danışıb. Vurğun Hacıyev - saxlanılan şəxs: "Məndən 23 min 700 manat pul alıb, 3700 manatlıq parket, 20 min də nağd pul. Mənə dedi ki, 2 hektar torpaq verəcək, bələdiyyə sənədi ilə. İndi nə pulu qaytarır, nə də torpaq verir. Neçə dəfələrlə məni aldatdı. Məni aldatdı ki, Ceyranbatanda yer var, sənədi də var, gedək onu verim. Getdim gördüm ki, o yer heç Ceyranbatanın ərazisi deyil, Sumqayıt ərazisidir" Saxlanılan şəxsin sözlərinə inansaq o qadını vurmayıb. İtələyəndə üzü avtomomobilin qapısına dəyib. "Qadını vurmadım. Dedim ki, maşının açarını ver mənə, get mənim pulumu gətir. O da məndən aralananda başını maşının qapısına vurdu". İşə Abşeron Rayon Məhkəməsində baxılacaq. (Region TV)