Dənizdə ölən ümidlər: "Məni tək qoyma, həyatım"

4858 Просмотров

Добавлено: 10.12.2015
Категории: Разное
Тэги: dəniz , ümid

Dekabrın 4-də "Günəşli" yatağında baş verən hadisə 34 yaşı Xoşbəxt Səmədovun ailəsini gözüyaşlı qoyub. Əslən İsmayıllı rayonundan olan Xoşbəxt digər iş yoldaşları kimi güclü fırtına zamanı itkin düşüb. Ondan indiyədək bir xəbər yoxdur. Milli.Az azvision.az-a istinadən bildirir ki, dənizdə öz Xoşbəxtini itirən ailə hələ də ümidlə onun yolunu, yenə qapıdan içəri girəcəyi anı gözləyir. "Ay qızım, ay oğlum, gələndə Xoşbəxti də gətirərdiniz. Nə olar, onu tapın, gətirin..." Xoşbəxtin evində daxil olanda ailənin ağbirçəyi Çəməngül Səmədova bizi bu sözlərlə qarşıladı. Evə gələn hər kəsdən bir xoş xəbər gözləyən ana "Günəşli"də qalxan fırtına kimi çırpınırdı. Necə təsəlli verəcəyimizi, nə deyəcəyimizi bilmirdik. "Xoşbəxt ilə hadisədən əvvəl danışmışdım. Dedim, ay bala, bu saatadək niyə zəng etməmisən? Hər gün saat 1-in yarısı zəng edirdi. Dedi, ay ana, burada "set" yoxdur, ona görə zəng edə bilmirdim. Ana-bala danışdıq, hal-əhval tutduq. Bu balamın sonuncu danışığı oldu",- deyə Xoşbəxtin anası bildirib. Gözüyaşlı ana oğlunun itkin düşməsi xəbərini televiziyadan eşitdiyini deyib. "Həmin gün televizordan yanğın xəbərini eşidəndə ürəyim sancdı. Ancaq hansı blokda olduğunu bilmədim. Sən demə kənddə hamı bilirmiş, amma mənə heç kim deməyib. Mən də latın əlifbasını bilmirəm ki, oxuyub Xoşbəxtin adını tapım. Bakıda uşaqlarım məsləhətləşiblər ki, kəndə gedək. Sonra deyiblər ki, uşaqlarla soyuq havada kəndə necə gedək, qoy elə ata, anamızı Bakıya gətirək. Bizi də o adla gətirdilər ki, guya yoldaşımı burada həkimə göstərəcəklər. O saat hiss etdim ki, partlayışda balama nəsə olub. Gəldim gördüm ki, ev dolu adamdır, balam yoxdur".