Xilasedici qayıq necə olmalı idi?

SOCAR "Günəşli" yatağında qəza baş vermiş özüldə olan xilasedici qayığın videogörüntüsünü təqdim edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, videogörüntüdə qayığın müasir tələblərə cavab verdiyi, adam tutumunun 42 nəfər, dənizdə qalma müddətinin isə məhdudiyyətsiz olduğu vurğulanır.

Qayığın içərisində olan təchizat üç hissədən ibarətdir: istismar vasitələri, həyat təminedici vasitələr, siqnalizasiya və diqqətcəlbedici vasitələr.

Qayığın istismar vasitələri bunlardan ibarətdir: iki ədəd avar, yəni, əgər qayığın mühərriki sıradan çıxarsa, avarlardan istifadə edərək müəyyən obyektlərə yaxınlaşmaq olar; iki ədəd qarmaq - suya düşmüş əşyaların götürülməsi üçün təyin olunan vasitədir və yaxud da qayığın yaxınlaşması zamanı o qarmaqdan istifadə oluna bilər; iki ədəd xilasetmə dairəsi, ipinin uzunluğu 30 metr və daha artıq ola bilər.

Длительность: 5:35 Просмотров: 4.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео