Nadir Qafarzadə "Səni gözləyirəm"

353 Просмотров

Добавлено: 09.12.2015
Тэги: klip , mahnı

Müğənni Nadir Qafarzadə yaradıcılıq işlərindən danışıb. MilliAz-a açıqlama verən ifaçı bildirib ki, sözləri Zemfira Əlişqızına, musiqisi Sədaqət Arifqızına məxsus "Səni gözləyirəm" adlı bəstəni ifa edib: "Bu bəstə 1999-cu ildə mənim üçün yazılıb. Əslində bu mahnını illər öncə oxumuşdum. Amma aranjemanı ürəyimcə olmağına görə, efirlərdə, tədbirlərdə oxumurdum. Elə buna görə də bir neçə gün olar ki, bəstəni yenidən aranjeman etdirdim. Çox xoşuma gəldi. Bu mahnını oxuyanda keçmişim, ötən illərim yadıma düşür. Düşünürəm ki, heç kim öz keçmişini danmamalıdır. Bu da mənim keçmişimdən qalan bir xatirədir".