Ailələrin qulağı səsdə, gözləri yoldadır...

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, ailəsi ,valideynləri və yaxınlarının qulağı səsdə, gözləri yoldadır.

Qazax rayonunun Ağköynək kənd sakini 44 yaşlı Xalid İbrahimov da "Günəşli" yatağında baş verən hadisə zamanı itkin düşənlər arasında olub. 10 ildən artıqdı qaynaqçı kimi fəaliyyət göstərən kənd sakini zəhmətkeşliyi ilə hər zaman qohumların, qonşuların diqqətini çəkib.

2 qız, bir oğlan övladı olan Xalidin qohumları paytaxta yollanaraq onun qaydacağı anı gözləyirlər.

İtkin düşən Göyçayın Qaraməryəm kənd sakini Zaur Həsənovun da yolunu gözləyirlər. 40 yaşlı Zaur yanğın baş verən kimi dərhal ailəsinə xəbər verib.

Onun qardaşı Müşfiq Həsənovda neftçidir. O da həmin gün digər platformada işdə olub.

İtkin düşən Xaçmazın Xudat şəhər sakini Edik Rzaxanov da ailəsi ilə ən son dekabrın 4-də əlaqə saxlayıb. O da havanın küləkli olduğunu bildirib. Sonra isə telefonuna zəng çatmayıb.

Astara sakinləri isə itkin düşən Kakalos kənd sakini 22 Yaşlı Tural Babazadəni anıblar. İnsanlar Xəzərin sahilinə gələrək tər qərənfillər düzüb, onlar üçün dualar ediblər.
Milli.Az

Длительность: 2:31 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: ailə
Пожаловаться

Похожие видео