Xaçmazda faciə: 30 yaşlı sürücü öldü

Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Region TV-yə istinadən bildirir ki, Xudat-Yalama yolunun Xaçmaz rayonunun Ləcət kəndi ərazisində keçən hissəsində minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 1 nəfər həlak olub. 1985-ci il təvəllüdlü Xaçmaz rayonunun Ləcət kənd sakini Kərimov Kərim Ağaşirinoviçin idarə etdiyi 27 BA 442 dövlət nömrə nişanlı "Vaz 21 011" markalı minik avtomobili qarşıdan gələn 1981-ci il təvəllüdlü Xaçmaz rayonunun Hacıisaoba kənd sakini Arif Əmirhəmzəyev Malikoviçin idarə etdiyi 27 BH 562 qeydiyyat nişanlı "KAMAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü K.Kərimov çoxsaylı ağır xəsarətlər alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

Длительность: 1:01 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: faciə sürücü
Пожаловаться

Похожие видео