Uşaqlara yeni peyvənd vurulacaq

214 Просмотров

Добавлено: 09.12.2015
Категории: Разное
Тэги: uşaq , uşaqlar , peyvənd

Gələn ildən etibarən təkmilləşdirilmiş peyvəndlərin vurulmasına başlanılacaq. İflicə səbəb olan viruslara qarşı peyvənd digərlərindən fərqlənir. Tərkibində virus olmayacaq. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, 2016-cı ildən etibarən uşaqlara ən son texnologiya ilə təkmilləşdirilmiş yeni növ peyvənd vurulacaq. Bu, onurğa beynin vacib nüvələrini zədələyən ağır iflicə və ölümə səbəb olan təhlükəli xəstəlik- poliomielitə qarşı olacaq. Poliomielit əleyhinə vaksinin digərlərindən fərqi tərkibində zəiflədilmiş də olsa virusların olmamasıdır. Təkmilləşdirilmiş vaksin uşaqlara yalnız bir dəfə olmaqla ödənişsiz vurulacaq. Vaksinlərin Azərbaycana gələn ilin əvvəlində gətirilməsi və tətbiq olunması nəzərdə tutulur.