Dənizdə həlak olanlar dəfn edildi

"Günəşli" yatağının 10-cu platformasında baş verən yanğın nəticəsində dünyasını dəyişənlər torpağa tapşırılıb. Bu gün Bakı, Quba və Xaçmazda dəfn mərasimləri keçirilib.

"Günəşli" platformasında neftçiləri xilas edərkən ölən xilasedici, 34 yaşlı Fuad Tağıyev bu gün son mənzilə yola salınıb.

3 uşaq atası olan Fuad Tağıyev 8 il "Günəşli" platformasında xilasedici işləyib. İki oğul atası olan Fuad Tağıyevin sentyabrda qızı doğulub. Hadisədən əvvəl mərhum, ailəsi ilə vidalaşmaq üçün evinə zəng edib. Yalnız ortancıl oğlu ilə vidalaşmağa macal tapıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, həlak olmuş neftçi Ağa Mahmudovun yas mərasimi isə Xaçmazda olub. O da ailə üzvlərindən ən son oğlu ilə əlaqə saxlayıbmış.

47 yaşlı Ağa Mahmudovun 14 və 17 yaşlarında iki oğulu var. Xaşmazda bütün kənd sakinləri, mərhumun qohumları, rayon ictimaiyyəti, İcra Hakimiyyəti başçısı onunla vidalaşmaq üçün gəliblər.

Samir Mayılov da doğulduğu Alpan kəndində dəfn olunub. Mərhum neftçinin 8 və 9 yaşlarında iki övladı var.

Samir Mayılov ölümündən əvvəl digər platformada işləyən yaxın qohumu ilə telefonla danışıb. Ona güclü küləyin baş verəcəyi xəbərdarlığını edib və diqqətli olmasını bildirib.

Длительность: 2:09 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: dəniz dəfn olundu
Пожаловаться

Похожие видео