Bakıda sürücü sükan arxasında qıc olub, mikroavtobus aşıb

601 Просмотров

Добавлено: 16.02.2015
Категории: Происшествия

Ötən gün axşam saatlarında Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Aeroport şossesində qeydə alınıb. Hələlik sürücüsü məlum olmayan "Ford" markalı sərnişin mikroavtobusu "Koroğlu" metrostansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb. Sürücünün nəzarəti itirdiyi mikroavtobus yoldan çıxaraq, aşıb. Qəza zamanı avtomobildə sərnişin olmadığı üçün yalnız sürücü xəsarət alıb. Sükan arxasında sıxışıb qalan sürücünü hadisə yerində olan digər sürücülər çıxarıb və xəstəxanaya yola salıblar.

Yol-Patrul Xidmətinin əməkdaşları qəzanın baş verdiyi ərazidə müayinələr aparıblar. İlkin araşdırma nəticəsində məlum olub ki, qəza sürücünün səhhətində yaranan problem üzündən baş verib. Sürücünü sükan arxasında qıcolma tutduğu bildirilir.