Azərbaycanlı iş adamı Odessada vəhşicəsinə döyülüb

924 Просмотров

Добавлено: 05.02.2015
Тэги: Odessa , Azərbaycan , Ukrayna

Ukraynanın Odessa vilayətində son bir həftədə iki azərbaycanlı iş adamı hücuma məruz qalaraq döyülüb. Ukrayna Ədliyyə Nazirliyinin Odessa üzrə ərazi idarəsinin baş icraçısı Aydın Əliyev APA-ya bildirib ki, onun qohumu, iş adamı, Azərbaycan vətəndaşı Həsənov Şaiq Zakir oğlu yanvarın 2-də axşam saatlarında həyat yoldaşı və övladı ilə yaşadığı Kiyevski rayonu ərazisində gəzintiyə çıxarkən hücuma məruz qalıb. Bir qrup gənc onların ayağının altına partlayıcı paket atıb və təhqiramiz ifadələr işlədib, Şaiq Həsənov onlara etirazını bildirəndə isə mübahisə yaranıb. Bu zaman yaxınlıqda olan milis post-patrul xidmətinin əməkdaşları onlara yaxınlaşaraq Şaiq Həsənovu saxlayıblar və onu ailəsi ilə birlikdə şöbəyə aparıblar. Şöbədə Şaiq Həsənov milis işçisi tərəfindən avtomatın qundağı ilə döyülüb və huşunu itirib. Onu dərhal xəstəxanaya yerləşdiriblər.