20 yaşlı “Trend”

597 Просмотров

Добавлено: 03.09.2015

Müstəqil Azərbaycanın media sektorunun ilklərindən olan “Trend” İnformasiya Agentliyinin 20 yaşı tamam olur. 1995-ci ilin bu günündə ərsəyə gələn agentlik artıq uzun müddətdir Azərbaycan ictimaiyyətini informasiya ilə təmin edir. Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər istehsalçılarından hesab olunan agentliyin tərkibində Azərbaycan, rus, ingilis, ərəb və fars dillərində xəbər xidmətləri fəaliyyət göstərir.