Tikintidə bədbəxt hadisə baş verib

400 Просмотров

Добавлено: 11.02.2015
Категории: Происшествия

Göyçay rayon Natəvan küçəsində Türkiyənin "Atinak" şirkəti tərəfindən kanalizasiya xətlərinin dəyişdirilməsi üçün qazılan quyunun yan divarlarının uçması nəticəsində həmin tikinti firmasında fəhlə işləyən 40 yaşlı Ağdaş rayon sakini Əhmədov Xaləddin və 21 yaşlı Tovuz rayon sakini Əliyev Nemət 2 fəhlə torpaq altında qalıb. Dərhal hadisə yerinə -nin xilasediciləri cəlb olunub Xalləddin Əhmədov 2 saat torpağın altında qalmasına baxmayaraq sağ-salamat tortaqın altından çıxarılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Torpağın altında qalmış ikinci şəxsin çıxarılması isə 3 saata yaxın vaxt alıb. Baş vermiş hadisəyə görə Bakı-Şamaxı-Yevlax magistral yolu da 4 saata yaxın bağlanıb. Qeyd edək ki,Hazırda Göyçay rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.