Ərdoğan duyğulandı, qadınlar ağladı

179 Просмотров

Добавлено: 02.11.2016

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin inkişafında qadınların rolu" adlı nazirlər konfransında iştirak edib. Day.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, konfransda göstərilən "15 iyun qadınları" sənədli filmi dövlət başçısını duyğulandırıb. Ölkənin birinci xanımı Əminə Ərdoğan, Baş nazir Binəli Yıldırımın həyat yoldaşı Semiha Yıldırım və zalda olan bir çox insanlar göz yaşlarını saxlaya bilməyiblər.