Azərbaycanda ağır qəza: sürücü və körpəsi öldülər

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az bildirir ki, Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Cəlilabad-Cəngən avtomobil yolunda qeydə alınıb. Cəlilabad şəhər sakini, 1979-cu il təvəllüdlü Firdovsi Kəmaləddin oğlu Məlikovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili qəfildən idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb. Çoxsaylı bədən xəsarətləri alan sürücü və onun 6 aylıq oğlu hadisə yerində ölüblər.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Длительность: 0:40 Просмотров: 3.4K Добавлено: 7 лет назад
Категории: Происшествия
Пожаловаться

Похожие видео