Erməni baş məşqçidən tərbiyəsizlik

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında mübarizə aparan azərbaycanlı idmançı erməniləri bərk qəzəbləndirib.

Day.Az axar.az-a istinadən bildirir ki, Belarus yığmasının tərkibində Olimpiya Oyunlarında çıxış edən İbrahim Səidov sərbəst güləş üzrə 125 kiloqram çəkidə bürünc medal uğrunda Ermənistan güləşçisi Levan Berianidze ilə qarşılaşıb.

Üstünlüyü əldən verməyən həmyerlimiz 3:1 hesablı qələbə qazanaraq bürünc medala sahib olub.

Bu məğlubiyyət erməni baş məşqçini özündən çıxarıb. O, Belarus məşqçilərin stoluna təpik vurmaqla hirsini soyutmağa çalışıb.

Длительность: 0:56 Просмотров: 27K Добавлено: 7 лет назад
Категории: Спорт
Тэги: Rio 2016
Пожаловаться

Похожие видео