"Kor Elçin" ləqəbli cinayətkar belə tutuldu

Balakən Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında uzun müddət cinayət məsuliyyətindən yayına bilən, rayonun Qazma kənd sakini, 1981-ci il təvəllüdlü Elçin Mehdi oğlu Alvasovun yaşadığı evdə və evin həyətyanı sahəsində keçirilən əməliyyat-axtarış tədbiri zamanı bir ədəd xaricdə istehsal olmuş barabanlı tapanca və üç ədəd patronu, çəkisi 1 kq 150 qram olan qurudulmuş marixuana, dörd ədəd 12 çaplı ov tüfənginə aid patronlar olan qatar, gecəgörmə cihazları, kameralar, mobil telefon və nömrələri, iki ədəd noutbuk və digər aksesuarlar maddi sübut kimi götürülüb.

Kanal S (Region TV) xəbər verir ki, tədbirlərin davamı olaraq Elçin Alvasovun yaşadığı evin həyətinə baxış zamanı müxtəlif banklar tərəfindən axtarışda olan "Lexus", "BMW", "Mercedes" və "VAZ 21015" markalı avtomaşınlar və bir neçə digər avtomaşınlara aid dövlət nömrə nişanları aşkar edilərək maddi sübut kimi götürülüb. Elçin Alvasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, kriminal aləmdə özünü toxunulmaz hesab edən, respublika ərazisində "Kor Elçin" ləqəbi ilə tanılan 35 yaşlı Elçin Alvasov uzun illərdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olurdu.

Fakt araşdırılır.

Длительность: 1:15 Просмотров: 4.3K Добавлено: 7 лет назад
Тэги: cinayətkar
Пожаловаться

Похожие видео