Əri işgəncə verdi: polis onu intihardan belə xilas etdi

Ötən həftənin bazar günü günorta saatlarında Muratpaşa mahalı Yavuz Özcan Parkında intihar etmək istəyən Gülşah E.-ni görənlər hadisə barəsində dərhal polisə xəbər veriblər. Hadisə yerinə gələn xilasetmə dəstələri gənc qadını dilə tutub intihar fikrindən daşındırmaq üçün əməlli-başlı çalışıblar. Heç bir şey deməyən, yalnız ətrafa göz gəzdirən Gülşah E.-ni Yılmaz Qılınc adlı bir polis əməkdaşı motosikletlə qəfil yaxınlaşaraq xilas edib.

Milli.Az Türkiyə KİV-inə istinadən bildirir ki, gənc qadının istintaqçılara verdiyi açıqlamadan sonra həqiqət üzə çıxıb. 2 aydır evli olan Gülşah E. əri H.E. tərəfindən günlərdir hər cür işgəncəyə məruz qaldığını və evdən qovulduğu üçün son bir həftədir parklarda gecələmək məcburiyyətində qaldığını söyləyib. Gənc qadın sonda çarəni intihar etməkdə gördüyünü deyib.

Длительность: 0:49 Просмотров: 3.2K Добавлено: 7 лет назад
Категории: Разное
Тэги: intihar
Пожаловаться

Похожие видео