Türkiyədə kişi 21 yaşlı qızını tüfənglə vurdu

Antaliyada bir şəxs mübahisə etdiyi ögey qızına tüfəngdən atəş açıb.

Hadisə ötən gün saat 16:30 radələrində Muratpaşa Mahalı Qızltorpaq Məhəlləsi Şəhid Ərcan prospektində yerləşən 23 nömrəli mənzildə qeydə alınıb.

Tikintidə işləyən Hüseyn K. işdən evə gəlib. Bir müddət sonra ögey qızı, 21 yaşlı B.Ş. ilə arasında mübahisə yaranıb. Mübahisə qızışdığı zaman evdən çıxmaq istəyən qıza Hüseyn K. tüfənglə atəş açıb. Qonşular dərhal təcili tibbi yardım qrupu çağırıblar, qız tibbi briqadanın ilkin müdaxiləsinin ardından xəstəxanaya çatdırlıb. Qızın hazırda vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Polis ögey atanı saxlayıb.

Faktla bağlı istintaq aparılır.

Длительность: 2:09 Просмотров: 2.8K Добавлено: 7 лет назад
Категории: Разное
Тэги: Türkiyə
Пожаловаться

Похожие видео