Maşın dərəyə aşdı: 1 ölü, 3 yaralı

286 Просмотров

Добавлено: 15.08.2016
Категории: Разное
Тэги: Qəzalar

Cəlilabadda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. CTV (Region TV) xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Cəlilabad-Yardımlı avtomobil yolunun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Kövüzbulaq kənd sakini Əlifağa Mirzəyevin idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü də daxil olmaqla sərnişinlər Zaur Ağayev, Xumar və Qətibə Ağayevalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq Qətibə Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Yaralıların vəziyyəti isə ağır olaraq qalır. İlkin ehtimala görə, qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.