Cəlilabadda ağır yol qəzası – 2 ölü, 2 yaralı

288 Просмотров

Добавлено: 12.07.2016
Категории: Автомобили
Тэги: Qəzalar

Cəlilabadda 2 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Day.Az CTV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Dövlətalıbəyli kəndi ərazisində qeydə alınıb. Rayonun Tahirli kənd sakini Telman Ağayev idarə etdiyi "Lada Kalina" markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn rayonun Kövüzbulaq kənd sakini Həbulla İbrahimovun sükanı arxasında olduğu "Vaz-2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Sərnişinlər Xatirə İbrahimova, onun azyaşlı övladı Feyruz İbrahimov isə müxtəlif dərəcəli bədən xasarətləri alıblar. Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanada ilk yardım göstərildikdən sonra yaralıların vəziyyəti ağır olduğundan onlar Bakıya göndərilib. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma apaırlır.