"Mən Azərbaycanam"

Məşhur teleaparıcı Zemfira Adıgözəlova və rejissor Nail Naiboğlunun uğurlu iş birliyi davam edəcək.

Milli.Az xəbər verir ki, Zemfira Adıgözəlova və Nail Naiboğlu yay ayları ərzində ard-arda silsilə şəkildə vətənpərvər ruhda sosial çarxların çəkilişlərini həyata keçirəcək.

Bu haqda məlumatı Z. Adıgözəlova özü Milli.Az saytına danışıb:

"Mən Azərbaycanam" adlı layihəmin bu qədər marağa və səs-küyə səbəb olacağını gözləmirdim. Bilirdim bəyəniləcək. Amma tanımadığım insanların nömrəmi tapıb mənə təşəkkür etmək üçün zəng etmələri mənə əlavə stimul verdi. Təşəkkür edənlər arasında vəzifəli şəxslər də az deyildi. İnsanların bu marağından sonra qərar verdim ki, bu layihəni ardıcıl etmək lazımdır. Demək ki, insanların buna ehtiyacı var".

Длительность: 4:43 Просмотров: 3.3K Добавлено: 7 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео