İşğaldan qurtulan kənddən reportaj

460 Просмотров

Добавлено: 08.04.2016
Категории: Разное

Ordumuzun erməni işğalindan azad etdiyi ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bölgə müxbirimiz bu gün Füzuli rayonu istiqamətində yerləşən, düşmən işğalındakı geniş ərazini nəzarətdə saxlamaq imkani verən strateji əhəmiyyətli "Lələ təpə"də olub. Füzuli sakinləri də hərbçilərlə birlikdə həmin əraziyə yollanib. Onlar 23 ildən sonra yaxınlarının məzarını ziyarət ediblər. Cocuqmərcanli kəndinə də səfər təşkil olunub. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bir neçə gün əvvəl erməni işğalından azad edilən Cəbrayıl rayonunun "Lələ təpə" yüksəkliyində Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi əraziyə sakinlər qədəm qoyub. Cəbrayıldan olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə öz doğma kəndlərində olublar.