"Kənddən heç bir nəfər də çıxmayıb"

569 Просмотров

Добавлено: 04.04.2016
Категории: Разное
Тэги: "Kənd , sakinlər

Kəndlərin sakinlərini indi heç bir təhlükə qorxutmur Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, son günlər ermənilərin intensiv artilleriya atəşinə tutduğu yaşayış məntəqələrindən biri də Tərtərin Seydimli kəndidir. Aktiv əməliyyatlar başlayandan kəndin müxtəlif istiqamətlərinə top mərmiləri düşüb. Dinc sakinlər arasında yaralananlar olsa da kənd sakinləri evlərini tərk etməyiblər, nikbindirlər. "Qardaşımın oğlu xəsarət alıb, qardaşım xəsarət alıb, qəlpə dəyib. Amma yenə də kənddən heç bir nəfər də çıxmayıbdır. Hamı kəndin içindədir, kənddə də yaşayır", - deyə Seydimli kənd sakini Nəsib Vəliyev bildirib. Hazırda kənd sakinləri gündəlik qayğıları ilə məşğuldurlar. Milli.Az