" Onlar millətin nəfəsidirlər" - Şəhidimizin atası

Aprelin 2-də şəhid olan hərbçimiz gizir Nicat Bəhruz oğlu İsgəndərov Tərtər rayonunda torpağa tapşırıldı. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak etdilər.

"Bunlar vüqarlı insanlardır. Əsgərdən tutmuş generalına qədər mən onların hamısına sərkərdə deyirəm. Onlar hamısı sərkərdədir. Onlar millətin gözüdür, millətin nəfəsidir", - deyə şəhidin atası Bəhruz İsgəndərov bildirib.

Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan əsgər Sarvan Natiq oğlu Mehrəliyev isə məskunlaşdığı Ağdam rayonunun Üçoğlan kənd qəbiristanlığında dəfn olundu. Şəhidimizi son mənzilə yola salmağa Müdafiə Nazirliyinin yüksək çinli hərbçiləri də gəldilər. Şəhidlərin dəfn mərasiminə respublikanın bir çox rayonlarından da qatılanlar oldu.

Milli.Az

Длительность: 1:00 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео