Tərtərdən son xəbərlər

TTV (Region TV) xəbər verir ki, elə bu saatlarda da cəbhənin Ağdərə, Ağdam və Tərtər istiqaməti boyu yaşayış məntəqələrimiz atəşə tutulur. Ermənilər ağır artilleriyadan istifadə edir. TTV-nin çəkiliş qrupları cəbhənin ön xəttində olub. Əməkdaşlarımızın hazırladığı süjeti izləyək.


Ermənistan silahlı bölmələri Tərtərin Göyarx, Yarımca, Çiləbürt, Çaylı və Şıxarx kəndlərini iki gündür ağır artilleriya və minaatanlardan atəşə tutur. Mövqelərimizin sərt müqaviməti ilə üzləşən ermənilər adətləri üzrə dinc sakinləri hədəf alırlar. Silahlı Qüvvələrimiz dinc sakinləri və yaşayış məskənlərini qorumaq məqsədi ilə səhər saatlarında kəndləri atəşə tutan düşmənin iki tankını və bir artilleriya qurğusunu sıradan çıxarıb. Silahlı bölmələrimiz komandanlıqdan aldığı əmrə əsasən əks həmlə əməliyyatlarını atəşi dayandırdı. Buna baxmayaraq düşmən yenə də təxribatdan əl çəkmədi. Erməni və onların havadarları bəzi Kütləvi İnformasiya Vasitələrində Ağdərə, Ağdam, Tərtər rayonlarının boşaldılması barədə dezinformasiya xarakterli məlumatları yayırdı. Müşahidələrimiz zamanı da bu məlumatların həqiqəti əks etdirmədiyi, təxribat məqsədilə yayıldığının şahidi olduq. Cəbhə boyu bütün istiqamətdə vəziyyət Ordumuzun nəzarəti altındadır.

Длительность: 2:28 Просмотров: 46K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео