Atəş altındakı kəndimiz

ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi muxbiri Vahid Mustafayev Goranboy rayonu Tapqaraqoyunlu kəndindən son məlumatları çatdırıb. Bildirib ki, onun hazırda dayandığı yer - təmas xəttində sonuncu binadır. Bura Ermənistan mövqe xəttinə çox yaxındır.

Milli.Az anspress-ə istinadən bildirir ki, Vahid Mustafayev deyib ki, Azərbaycan tərəfinin atəşkəs elan etməsinə baxmayaraq, ermənilər səhər saat 06:00-dan başlayaraq atəşi yenidən bərpa edib. Onlar müxtəlif çaplı artilleriya qurğularından, haubitsa və toplardan istifadə edərək Tapqaraqoyunlu kəndini atəşə tutub. Elə çəkiliş aparılan zaman da erməni silahlı qüvvləri növbəti dəfə atəş açıblar. Jurnalistlərin çəkiliş apardığını görən ermənilər onları da hədəfə alıblar.

Длительность: 5:04 Просмотров: 33K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео