Cəbhədə son vəziyyət

Cəbhədə ermənilərin təxribatı davam edir. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə dərhal cavab tədbirləri görülüb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.

Milli.Az TTV-yə (Region TV) istnadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələrini də atəşə tutub. Tərtərin Qapanlı kəndi istiqamətinə atılan mərmilərdən biri minik avtomobilinin yanında partlayıb. Nəticədə Qarağacı kəndində məskunlaşan Ağdam rayonundan məcburi köçkün, Cəlal Rəhimov dünyasını dəyişib. Onun qardaşı oğlu Orxan Rəhimov isə ayaqlarını itirib. Ağdam istiqamətinə atılan mərmilər də dinc sakinlərin yaşadığı qəsəbəyə düşüb.

Müdafiə Nazirliyi Ermənistanın bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yayılan məlumatlara münasibət bildirib. Nazirlikdən bildirilib ki, bu xəbər kökündən yalandır, təxribat xarakterlidir və dezinformasiya məqsədi daşıyır. Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırıb. Ümumiyyətlə sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub. Azərbaycan ordusu əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 130 dəfə atəş zərbəsi endirib.

Milli.Az

Длительность: 2:34 Просмотров: 6.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео