Quba kütləvi məzarlığına insan axını

RTV (REGİON TV) xəbər verir ki, məzarlığı ziyarət edənlər sırasında millət vəkili Vahid Əhmədov, Quba rayon İcra Hakimiyyətinin və digər idarə və təşkilatların əməkdaşları var idi. Ziyarətçilər arasında gənc nəslin nümayəndələrinə daha çox rast gəlinir. Erməni qəddarlığını əks etdirən kütləvi məzarlığı ziyarət edənlər bu həqiqətin dünyaya çatdırılması üçün hər bir Azərbaycan vətəndaşının çalışmalı olduğunu dedilər.

Erməni daşnaklarının Quba rayonu ərazisində törətdikləri vəhşiliklər nəticəsində 122 kənd yerlə yeksan olub. Bəzi mənbələrdə bu kəndlərin sayının 160-dan çox olduğu deyilir. Quba qəzasında və ətraf kəndlərdə 18 mindən çox insan amansızcasına qətlə yetirilib.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Aparılan tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalığı aşkar olunub. Burada azərbaycanlılarla bərabər, Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də vəhşicəsinə qətlə yetirilərək basdırılıb.

Длительность: 2:38 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео