Hövsanda etiraz aksiyası keçirilib, məktəb direktoru vəzifədən kənarlaşdırılıb

118 saylı Hövsan kənd orta məktəbinin direktorunun hərəkəti valideynlərin narazılığına səbəb olub.
APA TV-nin verdiyi məlumata görə, bu gün səhər məktəbin ətrafına toplaşan kənd sakinləri məktəbin direktoru Qardaşxan Səlimovdan şikayət ediblər. Onlar direktorun məktəbdə təhsil sistemini düzgün idarə etmədiyini, vaxtında dərsə gəlmədiyini, şagirdlərlə təhqir formasında danışdığını bildirirlər.

Kənd camaatının sözünə görə, məktəbin tarix müəllimi uzun müddət dərsə gəlməyib. Yanvarın 16-da məktəbin IX sinif şagirdi direktordan müəllimin dərsə gəlməməsinin səbəbini soruşub və onun başqa müəllimlə əvəz olunmasını istəyib. Məktəb direktorunun şagirdə cavabı isə belə olub: “Sənin atan evdən gedəndə yerində əvəzedici qoyur?”

Kənd camaatının narazılığına da məhz direktorun bu sözləri səbəb olub. Keçirilən aksiya zamanı 22 yaşlı Əliyev Elmar qıcolmadan dünyasını dəyişib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Suraxanı Rayon Şöbəsinə aparılıb.

Hadisə yerinə rayon İcra Hakimiyyətinin nümayəndələri və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəblə bağlı baş verən hadisə barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Длительность: 2:08 Просмотров: 4.0K Добавлено: 9 лет назад
Категории: Происшествия
Пожаловаться

Похожие видео