Qaraçuxurda "Cümə" məscidini yandıranlar yaxalandı

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı məlumat yayıb. Nazirliyin İctimai Əlaqələr İdarəsindən APA TV-yə verilən məlumatda bildirilir ki, bu il noyabrın 26-da gecə saatlarında Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla yanğın törədilib. Faktla Suraxanı rayon Polis İdarəsində başlanan cinayət işi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə həvalə olunub.

Nazirliyin keçirdiyi anti-terror tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıb. Namiq Nəsibovun üzərindən «Makarov» tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən «Smit-Vesson» markalı revolver aşkarlanıb.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib, Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə “PKK” terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar.

Длительность: 1:13 Просмотров: 3.7K Добавлено: 9 лет назад
Категории: Происшествия
Пожаловаться

Похожие видео