"Bu qədər çox olduğunu bilmirdim" - 7 kq narkotiklə tutulan şəxs

239 Просмотров

Добавлено: 30.03.2016
Категории: Разное
Тэги: narkotik , cinayət işi

O, 20 il məhkumluq həyatı yaşayıb. Yardımlı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakinindən külli miqdarda narkotik vasitə tutulub. Milli.Az Region TV-yə istinadən xəbər verir ki, polis əməkdaşları Masallı-Yardımlı şosesinin 39-cu kilometrliyində hərəkətdə olan minik avtomobilini saxlayaraq onun saxlanc yerinə baxış keçirərkən oradan ümumi çəkisi 7 kiloqram olan müxtəlif növ narkotik maddə aşkarlayıb götürüblər. Həmin narkotik vasitənin avtomobildə sərnişin qismində əyləşmiş Masallı şəhər sakini, 1967-ci il təvəllüdlü, əvvəllər üst-üstə 20 ilədək məhkumluq həyatı yaşamış Fikrət Qurban oğlu Cabbarova məxsus olduğu müəyyənləşdirilib. Dindirilmə zamanı F.Cabbarov narkotik vasitəni şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirib. Faktla bağlı Yardımlı RPŞ-də Cinayət Məcəlləsinin 234.1 və 234.2 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. Milli.Az