Bakıda toy karvanları "şou"su

376 Просмотров

Добавлено: 30.03.2016
Категории: Разное
Тэги: toy karvanı , şou

Müxtəlif vaxtlarda sosial şəbəkələrdə və videoportallarda toy karvanlarında müxtəlif sürücülərin təhlükəli manevrlər etməsi ilə bağlı görüntülər yayılır. Bu dəfə isə əksinə olub. Sürücü yox, avtomobil karvanını lentə alan operator öz akrobatik keyfiyyətlərini nümayiş etdirib. Təbii ki, bununla həm öz həyatını, həm də digərlərini təhlükəyə atır. Bəs görəsən, bu məsələ qanunvericiliklə necə tənzimlənir? Avtomobil hərəkətdə ola-ola operator yan şüşələrdən çıxaraq ayaqüstə dayanır. Bu yolla o toy karvanındakı digər avtomobilərin görüntülərini çəkir. Daha sonra heç nə olmamış kimi, geri qayıdır. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan bu kadrlar toy karvanlarında təhlükəsizlik məsələsini gündəmə gətirir. Müşahidələr göstərir ki, əksər insanlar toy zamanı xüsusi manevrlər etməklə diqqətləri öz üzərilərinə çəkmək istəyirlər. Baş Dövlət yol polisi idarəsinin icmaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə kadrdakı hal nə qədər təhlükəli olsa da, tətbiq edilə biləcək cərimənin miqdarı azdır. Bəs görəsən sərnişinin kəmər taxmayaraq məsuliyyətsiz davranışına görə sürücünün cərimələnməsi doğrudurmu? Kamran Əliyevin sözlərinə görə belə hallar aşkar edildikdə dərhal qayda pozan şəxslər cəzalandırılacaq. Milli.Az