100-ə yaxın məzun adını da yaza bilmir

316 Просмотров

Добавлено: 30.03.2016
Категории: Разное

Azərbaycanda keçirilən buraxılış imtahanlarında iştirak edənlər arasında oxuyub-yazmağı bilməyənlər də var. Azərbaycanda orta statistik şagird məktəb proqramının yarısından çoxunu mənimsəmir. Hətta 9 və 11 - ci sinif buraxılış imtahanlarında iştirak edənlərdən oxumağı və yazmağı bacarmayanlar da var. Tələbə qəbulu üzrə dövlət komissiyasının təhlili heç də ürəkaçan deyil. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Azərbaycanda orta statistik məzun, məktəb proqramının 48-71%-ni mənimsəmir. Hətta 2015-ci ildə keçirilmiş buraxılış imtahanlarında oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. İmtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxan statistikaya əsasən, yazıb-oxumağı bacarmayanlar 11-ci sinif şagirdləri arasında 24, 9-cu sinif şagirdləri arasında isə 76 nəfər təşkil edib. Sabirabad rayonundan 6, Lənkəran rayonundan 4, Hacıqabul rayonundan 3, Tovuz rayonundan 2, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsindən isə 1 nəfər belə şagird aşkar edilib. Ötən ilin ali məktəblərə qəbul imtahanlarının nəticələrinə gəldikdə isə Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 42, ədəbiyyatdan 40, riyaziyyatdan I və II qruplarda 29, III və IV qruplarda 30, fizikadan 30, kimyadan 33, biologiyadan 41, tarixdən 41, Azərbaycan tarixindən 38, coğrafiyadan 35, ingilis dilindən I qrupda 32, II və III qruplarda isə 36%-inə düzgün cavab verib. Məlumatda deyilir ki, bu, ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından irəli gəlir. Milli.Az